EN

Zavod partlayış oldu - 10-dan çox insan xəsarət alıb

ABŞ-nin Pensilvaniya ştatının Sagertaun şəhərində LORD korporasiyasının zavodunda baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb.

Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Telekanalın məlumatına görə, xəsarət alanlar arasında dörd yanğınsöndürən və müəssisənin beş əməkdaşı var.

“Yanğınsöndürənlərin hadisə yerinə gəlməsindən dərhal sonra güclü partlayış baş verib <...> Zavoda dəyən ziyan ciddidir”, – məlumatda qeyd olunub.

Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi araşdırılır.

Müəssisədə avtomobil, aerokosmik, sənaye və neft-qaz sektorlarında istifadə olunan yapışqanlar, örtüklər və xüsusi materiallar istehsal olunur.

Chosen
27
2
avtosfer.az

10Sources