"Mançester Siti"nin yarımmüdafiəçisi Niko Qonzales "Real Madrid"lə pley-off mərhələsinin ilk oyununda iştirak etmək üçün hazır olacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
O ispaniyalı futbolçunun hazır olduğunu və “Real”la oyunda oynaya biləcəyini qeyd edib.
Xatırladaq ki, Qonzales İngiltərə Kubokunun “Leyton Orient”lə matçında cəmi 20 dəqiqə meydanda olmaqla zədələnmişdi. "Mançester Siti" - "Real Madrid" matçı fevralın 11-də İngiltərədə keçiriləcək. Cavab oyunu isə ayın 18-də Madriddə baş tutacaq.