EN

Alman və fransız startapları Aİ-nin müdafiəsi üçün Al texnologiyalarını inkişaf etdirəcək

Almaniyanın müdafiə texnologiyaları şirkəti "Helsing", Ukraynaya pilotsuz uçuş aparatları (PUA) tədarükü üçün süni intellekt (Sİ) əsaslı həllər hazırlayan bir startap - Fransanın süni intellekt (Al) sahəsində ixtisaslaşan "Mistral" şirkəti ilə əməkdaşlığa başlayacaq. 

HİT.az xəbər verir ki, şirkətlər Avropa İttifaqının müdafiəsini gücləndirmək məqsədilə birgə işləməyi planlaşdırır.

Tərəflər döyüş meydanında insan və Al arasında qarşılıqlı əlaqəni yaxşılaşdıracaq vizual-dil sistemləri inkişaf etdirmək niyyətindədir. "Gələcəyin müdafiəsi, insanlarla birgə işləyən Sİ əsaslı sistemlər tərəfindən formalaşdırılacaq", deyə "Helsing" şirkətinin nümayəndəsi Antuan Bordun sözlərinə istinadən şirkətin mətbuat açıqlamasında bildirilib.

"Helsing" Al əsaslı proqram təminatı hazırlayaraq onu pilotsuz uçuş aparatlarına və "Eurofighter Typhoon" tipli qırıcı təyyarələrə inteqrasiya edir. Şirkət eyni zamanda öz silah sistemlərini də istehsal edir. 2024-cü ilin dekabrında "Helsing" Ukraynaya tədarük üçün Al texnologiyalarından istifadə olunan NH-2 adlı pilotsuz uçuş aparatlarının istehsalına başladığını elan edib. Daha əvvəl Almaniyanın "Bild" qəzeti Berlinin Kiyevə 4 min "Helsing" dronu göndərməyi planlaşdırdığını yazmışdı.

Fransanın "Mistral" startapı isə OpenAI və Meta kimi ABŞ şirkətlərinin məhsulları ilə rəqabət aparan dil modelləri hazırlayır.

Samir

Chosen
16
hit.az

1Sources