EN

Samir Abasov: “Kuboka çox böyük önəm vermişik”

Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Zirə” – “Neftçi” (1:2) matçından sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak etdi.

Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı:

– Bu gün “Neftçi”nin heyətində meydanda 7 yerli futbolçu var idi. Hətta Emil Səfərovun da daxil olmasıyla bu rəqəm 8 oldu. Ümumən məşqçilər heyəti də yerlidir. Düşünmürsünüz ki, son dönəmlərdəki uğurlu çıxış ardında bunun böyük rolu var?
– Rolu var, amma böyük rol olduğunu deməzdim. Böyük rol odur ki, istər yerli olsun, istərsə də legioner, bu ruhu onlara verəsən. Onlar da bunu hiss etsin və meydançaya qoysun. Saysız-hesabsız legioner deyərəm ki, yerlilərdən dala qalmır.

– “Kəpəz”lə kubok oyununu da saysaq ardıcıl 3-cü qələbənizi qazandız. Martın 22-si daha dominant “Neftçi”ni görəcəyimizi demişdiz, amma deyəsən, vaxtı irəli çəkmisiz…
– Martın 22-si demişdim, ancaq hansı ilin martıdır, onu deməmişdim.

– Drammatik sonluğu sizin dilinizlə eşidək…
Bütün komandalar qalibiyyət üçün gəlir. Amma elə oyunlar var ki, birinci dəqiqədən o istəyi, göstərirsə, deməli qələbə üçün səbəb var. Top itkiləri, oyunda səhvlər, nöqsanlar olması normaldır. Amma əsas olan qələbə istəyidir. Bu da elə oyunlardan biriydi. Qol buraxdıqdan sonra isə nəinki ümid qırıldı, pərişən oldum. Köməkçilərim də mənə dəstək oldu ki, qismət bu imiş. Amma sağ olsunlar futbolçularımız qələbə topunu vurmağı bacardı. Bu qalibiyyəti əldə etmək mənim üçün hədddən artıq xoş oldu.

– Sambunu bu gün gördük. Bəs, yeni gələcək transfer haqda firkiniz necdir? 

– Qışda oyunçu gətirmək çətindir. Elə oyunçular var idi ki, onlarla danışıq aparırdıq. Dekabrdan onların kublarına çökmüşdük. Əfsuslar olsun ki, onlar alınmadı. Hücum planında eyni tempdə oynaya bilməməyimiz bizi narahat edirdi. Düşündük ki, bu gücdən istifadə edək. Hər kəs bazaya gedir. Prosedurlarımız var. Məşqimizi keçdik. Bu ərəfə bizim üçün çox qısadır. Kubok bizim üçün çox önəmlidir. Psixoloji vəziyyətimizi yaxşılaşdırdıq. Üç qalibiyyəti bizim üçün böyük iş görmüş kimi görürlər. Öz qrafikimizlə gedəcəyik.

– Belə məqamlar hər oyunda rast gəlinmir. Üstəgəl dünən “Forza”nın, bu gün də Yuri Matiasın ad günüydü. Bu oyundan sonra hamı evinə gedir, yoxsa məkan danışılıb?

– Xeyr, məkan danışılmayıb. Oyundan sonra hamı bazaya gedir. Xüsusi prosedurlarımız var orada. Bu ərəfələr bizim üçün həddən artıq qısadır. Çünki, kuboka çox böyük önəm vermişik. Böyük enerjimizi vermişik. “Neftçi” kimi komanda üçün 3 ardıcıl qalibiyyəti böyük iş kimi görmək ağırdır.

– Növbəti həftədə Azərbaycan derbisi var. “Qarabağ”a qarşı matçda da bu dəfə fərqli “Neftçi” görə biləcəyik?

– Bu oyundan sonra ümidlər elədir. Əminəm ki, daha fərqli “Neftçi” görəcəksiz. Real danışım, “Qarabağ” bizdən güclüdür. Amma öz meydanımızda oynayacğıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə istəyirik. Bu qalibiyyətdən danışaq. Dərhal “Qarabağ”la matça köklənməyək. Məşqlərə başlandan sonra bu haqda düşünəcəyik.

Mirkamal Kazım

Chosen
20
futbolpress.az

1Sources