EN

“Monza” yenidən Nestanı gətirdi

İtaliyanın “Monza” klubu baş məşqçisi Salvatore Bokkettini istefaya göndərib. Msport.az xəbər verir ki, 2 aylıq fasilədən sonra komandaya yenidən Alessandro Nesta rəhbərlik edəcək.

İtaliya millisinin əfsanəvi müdafiəçisi Nesta 2024-cü ilin iyunundan dekabrına qədər “Monza”nı çalışdırmışdı. Qeyd edək ki, komandanın futbolçuları Nestanın yenidən dönməsini tələb ediblər.

Bokettiyə gəlinsə isə, o, 2024-cü il dekabrın 23-də baş məşqçi təyin olunmuşdu. 38 yaşlı mütəxəssisin müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Lakin komanda Bokkettinin rəhbərliyi altında 7 oyunun 6-da uduzmuş və yalnız bir görüşdə qalib gəlmişdi.

“Monza” İtaliya A seriyasında sonuncu – 20-ci pillədədir.

 

Chosen
26
msport.az

1Sources