EN

Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub

Şamaxıda 27 yaşlı qız dəm qazından boğulub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1998-ci il təvəllüdlü Məmmədova Ləman İnqilab qızı yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Chosen
19
29
far.az

10Sources