EN

“Qalatasaray” qalmaqalla bağlı bəyanat yaydı

  “Qalatasaray” klubu Superliqanın 23-cü turunun “Adana Dəmirspor”la matçında yaşanan qalmaqaldan sonra açıqlama yayıb.

Klubun “X” sosial şəbəkə hesabında yayımlanan bəyanatında deyilir:

“Biz “Qalatasaray” – “Adana Dəmirspor” matçından əvvəl, oyun zamanı və sonra baş verən prosesləri işıqlandırmaq üçün məhkəmə orqanlarına müraciət etmişik.

“Qalatasaray” Türkiyə futbolunda ədalətin tərəfində olmağa davam edəcək və meydanda ən yaxşı olmaq və orada qalib gəlmək üçün hər cür səy göstərəcək”.

Xatırladaq ki, adanalılar 30-cu dəqiqədə onların qapısına təyin olunmuş penalti ilə razılaşmadıqları üçün meydanı tərk etmişdilər. Oyun dayandırılan vaxt hesab 1:0 istanbulluların xeyrinə olub./publika.az   

Chosen
3
1
referans.az

2Sources