EN

Belaruslulara itlərinə “fu” əmri vermək qadağan edilir..?

…Deməli, yanvarın 1-də Belarusiyada “Heyvanlarla məsuliyyətli rəftar haqqında” qanunun əksər maddələri qüvvəyə minib.

Qanunda bu da digər şeylərlə yanaşı, itlərin öyrədilməsi üçün yeni qaydalar da təqdim edilib.

Xüsusilə, qanun insanların və digər heyvanların üzərinə it sürməyi (…bizdə buna “it qısqırdmaq” deyirlət –A.B.) qadağan edir.

SİA-nın məlumatına görə, bunu belaruslu vəkil bildirib.

Vəkilin Minsk-Novosti agentliyinə izah etdiyi kimi, 2025-ci ilə qədər Belarusda itlərin hücuma öyrədilməsi ilə bağlı qanunvericilikdə belə bir qadağa yox idi.

Bununla belə, Skaldinin qeyd etdiyi kimi, istisnalar da var. Qadağa sahibinin, yaxınlarının və ya əmlakının həyat və sağlamlığını qorumaq üçün istifadə edilən itlərə şamil edilmir. Beləliklə, hazırda Belarusiyada itlərə “fu” (“hücum”) əmri və ümumiyyətlə hücum etmək üçün təlim keçmək qadağandır.

Nazlı Almuradova

Chosen
12
sia.az

1Sources