"Leypsiq"in yarımmüdafiəçisi Xavi Simons karyerasını "Mançester Siti"də davam etdirə bilər.
90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola 21 yaşlı futbolçunu Kevin De Bruyneyə əvəzedici olaraq görür.
Alman klubu futbolçusu üçün 100 milyon avrodan çox almaq niyyətindədir.
Simons yanvarda PSJ-dən "Leypsiq"ə 80 milyon avroya transfer olunub.
Xavi Simons bu mövsüm 18 klub matçında iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.
Daha əvvəl De Bruynenin klubunu tərk edərək Səudiyyə Ərəbistanına gedə biləcəyi gözlənilir.