EN

HƏMAS razılaşmanı pozarsa, İsrail dərhal HÜCUMA KEÇƏCƏK

HƏMAS razılaşmanı pozsa, İsrail bölgədəki qüvvələrə hücuma hazır olmaq əmri verib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası yazıb. Bildirilir ki, HƏMAS razılaşmanı pozarsa, İsrail dərhal hücuma keçəcək.

İsrail anlayır ki, HƏMAS razılaşmanı pozmağa hazırlaşır. Buna görə də Cənub Komandanlığı atəşkəs razılaşması uğursuz olarsa, bölgədəki qüvvələrə hücuma hazır olmaq əmri verib.

Bu baş verərsə, manevr diviziyaları müharibə başlayandan bəri görünməyən atəş gücündən istifadə edərək dərhal hücuma keçməyə hazır olacaqlar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources