EN

Tramp Taylor Sviftdən qisas aldı - FOTO

ABŞ prezidenti Donald Tramp böyük pərəstişkarı olan müğənni Teylor Sviftin seçkilərdə rəqibi Kəmalə Harrisə necə dəstək verdiyini və sənətçinin Super Bowl yarışmasında onu trollayaraq intiqam aldığını unutmayıb.
 

Sfera.az bildirir ki, Tramp Teylor Svifti trollayıb. Belə ki, o “Truth Social” platformasında çıxışı zamanı Sviftin alqışları ilə öz aldığı alqışların müqayisəli videolarını paylaşıb. Donald Tramp “Superboul” şousunda iştirak edən ilk prezident olaraq izdihamın sevincini müğənninin qışqırması ilə müqayisə edib.
 

Tramp eyni zamanda başqa bir istifadəçinin postunu: “Tramp “Super Bowl”da böyük alqışlanır, Teylor Svift isə fitə basılır”-başlığı ilə paylaşıb.
 

Qeyd edək ki, Tramp və Svift illərdir mübahisə edir, son iki seçkidə super ulduz müğənni Trampa qarşı Co Bayden və Kamala Harrisi dəstəkləyib. Sentyabrda isə pop ulduzun Harrisi dəstəkləməsindən sonra Tramp Taylor Sviftə nifrət etdiyini bildirib və bunu açıq paylaşıb.
 

Svift bir “İnstaqram” postunda Harrisə səs verəcəyini elan etdikdən cəmi beş gün sonra Tramp:
 

"Mən Teylor Sviftə nifrət edirəm" – deyə sosial şəbəkədə yazıb.

 

Aysel

Chosen
9
sfera.az

1Sources