EN

Rusiyadan bütün dünyanın gözlədiyi AÇIQLAMA

Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatik işçilər günü münasibətilə keçirilən təntənəli iclasda çıxışı zamanı deyib.

“Prezident Vladimir Putinin dəfələrlə dediyi kimi, Rusiya danışıqlara hazırdır və bu danışıqlar zamanı bizim qanuni milli maraqlarımız təmin edilməlidir”, - deyə XİN rəhbəri bildirib.

Lavrov qeyd edib ki, danışıqlar digər iştirakçıların maraqları hesabına aparılmamalıdır. Onun sözlərinə görə, onlar hərtərəfli təhlükəsizlik sistemi ilə bağlı razılaşma kontekstində həyata keçirilməlidir.

Chosen
10
unikal.az

1Sources