EN

Rusiyanın baş cəsusu olduğu iddia edilənRamiz Mehdiyevdən AÇIQLAMA

Məlum olduğu kimi, Rusiyanın “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılıb. Prosesin detallarına dərindən varmadan deyə bilərik ki, bu qurumun Azərbaycanda casus şəbəkəsi yaratmaqda ittiham olunması ictimaiyyətdə böyük maraq doğurub. Şəbəkənin rəhbərinin isə prezident  administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin olduğu iddia olunub. Onunla bərabər keçmiş nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həmin şəbəkəyə aid olduğu bildirilib.   Manset.az ictimaiyyətdə böyük maraq doğuran məsələ ilə bağlı prezident  administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bunları bildirib: 

“ Axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” – deyə R.Mehdiyev bildirib.

Chosen
32
23
manset.az

10Sources