Əslən azərbaycanlı olan aktyor Ozan Akbaba uşaqlıq illərindən danışıb.
OLAY yazır ki, İbrahim Selimin verilişində qonaq olan Ozan Karsda unutmadığı adət-ənənələrdən söz açıb. O. Akbaba deyib ki, əvvəllər Novruz bayramını qeyd etsələr də, indi Türkiyədə bu ənənə unudulub:
“Odun üstündən tullanardıq. Bütün türk dövlətlərində qeyd olunan bayram var, təxminən 6 gün davam edir. Baharın gəlişi qeyd edilir. Amma təxminən 1990-cı illərdən bəri Türkiyədə qeyd olunmur. Buna məyus oluram. Bütün türk dövlətləri bu bayramı qeyd edəndə biz etmirik. Xüsusilə də Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda… Təəssüf ki, Anadolu türkləri artıq qeyd etmir. Lakin insana kimliyini xatırladan bayramdır. Baharın gəlişini müjdə verir”.
![](https://olay.az/uploads/posts/2025-02/ozanakbaba-5.webp)
![](https://olay.az/uploads/posts/2025-02/ozanakbaba-1.webp)