EN

"Yaxşı nəticə istəyirik" - Samir Abasov

"Qışda oyunçu gətirmək çətindir. Elə oyunçular var idi ki, onlarla danışıq aparırdıq. Əfsuslar olsun ki, onlar alınmadı".

"Unikal" idman.biz-ə istinadən xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov "Neftçi" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 22-ci turunda səfərdə "Zirə" üzərində qazanılan 2:1 hesablı nəticəni şərh edib: "Təbii ki, bütün komandalar qələbə üçün oynayır. Komanda istəyi göstərisə... Bu, bizim üçün həmin oyunlardan idi. Udmaq üçün hər şeyi edirik. Qol buraxandan sonra ümid qırılmadı, sadəcə pərişan olduq. Mən özüm enerjimi qələbə üçün sərf etmişdim. Köməkçilərimə dedim ki, qismət budur. Bu qələbə mənim üçün xoşdur. Hücum planında eyni tempdə oynaya bilməməyimiz bizi narahat edirdi. Düşündük ki, bu gücdən istifadə edək. Hər kəs bazaya gedir. Prosedurlarımız var. Məşqimizi keçdik. Bu ərəfə bizim üçün çox qısadır. Kubok bizim üçün çox önəmlidir. Psixoloji vəziyyətimizi yaxşılaşdırdıq. Üç qalibiyyəti bizim üçün böyük iş görmüş kimi görürlər. Öz qrafikimizlə gedəcəyik".

Samir Abasov növbəti turda "Qarabağ"la keçirilcək oyun barəsində də danışıb: "Bu oyundan sonra ümidlər elədir. Real danışım, "Qarabağ" bizdən güclüdür. Amma öz meydanımızda oynayacğıq. Hər şeyi edəcəyik. Yaxşı nəticə istəyirik. Bu qalibiyyətdən danışaq. Dərhal "Qarabağ"la matça köklənməyək. Məşqlərə başlandan sonra bu haqda düşünəcəyik".

Qeyd edək ki, "Neftçi" ardıcıl ikinci oyunda qələbə qazanıb.

Chosen
9
unikal.az

1Sources