EN

Bakıda kişi keçmiş arvadını bıçaqladı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10.02.2025-ci il tarixində saat 15:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub.

Bu barədə  TƏBİB-dən bildirilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - məlumatda deyilir.

xxx

18:12

Bakıda kişi bir il əvvəl boşandığı qadını bıçaqlayıb.

Trend xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Ə.Atakişiyev 270 saylı məktəbdə texniki işçi kimi çalışan G.Həmidovaya bıçaqla ağır xəsarətlər yetirib. Qadın xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonu Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Atakişiyev saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Chosen
6
qaziler.az

1Sources