EN

Rusiyada Hyundai Mufasa krossoverinin satışına başlanılıb

…Ruslar indi də onlarının “maşın bazarı”nın böyüdüyünü yazırlar, axı dünən…nə isə…

SİA rus saytlarına istinadən xəbər verir ki, onlar üçün ən çox gözlənilən yeni məhsullardan biri Hyundai Mufasa 2025 olub.

Model məşhur Hyundai Creta-nın davamçısıdır.

Rusiya Federasiyasındakı dilerlər artıq 2025-ci il Hyundai Mufasa üçün ilkin sifarişləri qəbul etməyə başlayıblar. Qiymətə təkrar emal haqqı və gömrük rəsmiləşdirilməsi daxildir.

…Voronejdən olan fərdi satıcı Mufasa-nı Flagship Edition TOP konfiqurasiyasında 3,5 milyon rubla, başqa bir satıcı isə 2,9 milyon rubla Flagship Night Edition təklif edir.

2025 Hyundai Mufasa rəqəmsal alətlər toplusu, böyük ekranlı multimedia sistemi, çoxfunksiyalı sükan və qızdırılan ön oturacaqlara malikdir.

Avtomobil 160 at gücünə malik 2 litrlik benzin mühərriki ilə təchiz edilib və 6 pilləli avtomatik transmissiya...

Xatırladaq ki, Çin krossoveri GAC GS4 Rusiyada satış üçün sertifikatlaşdırılmışdı.

…Mütəxəssislər 2025-ci ilin sonuna kimi Rusiya avtomobil bazarının 20 faiz azalacağını proqnozlaşdırırlar.

Nazlı Almuradova

Chosen
15
sia.az

1Sources