Rusiyanın “Baltika” klubunun braziliyalı futbolçusu Aleks Fernandes karyerasını Azərbaycanda davam etdirə bilər.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı vingerin "Neftçi" ilə müqavilə imzalayacağı ehtimal olunur. Braziliyalı oyunçunun bu gün Bakıya uçacağı gözlənilir.
A.Fernandes bu mövsüm "Baltika"nın heyətində 18 matçda 6 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Rusiya təmsilçisi ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.