EN

Anar Ağakişiyev: "Ruhən yəhudiliyə yaxınam, çünki məntiqli dindir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ruhən yəhudiliyə yaxınam, çünki məntiqli dindir".
Oxu.Az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "Qapqara" verilişində stilist Anar Ağakişiyev deyib.
Qatı dindar biri olmadığını söyləyən A.Ağakişiyevin sözlərinə görə, Tanrı hər kəsin içində, yaxşı əməllərindədir:
"Yaxşılıq edirəmsə, qarşıma yaxşılıq çıxır. Amma bəzən məcbur qalaraq pislik edirsən, onu da çərçivə daxilində. Həyatda heç vaxt heç kimi övladı ilə vurmaram. Çünki nə ediriksə, geri qayıdır. İnanc baxımından da hər şey öz içimdədir. Ruhən isə özümü daha çox yəhudiliyə yaxın hiss edirəm, çünki çox maraqlı, məntiqli dindir. Məsələn, onlar ət ilə süd məhsullarını bir yerdə yemirlər. "Buzovu anasının südündə qaynatma" deyirlər".
Stilist, həmçinin yerli ulduzlarla münasibətindən də bəhs edib:
"Yerli ulduzlardan tək-tük insanlarla əlaqəm var, o da bir yerə qədər. Sonra maraqlar, fikirlər dəyişir. Mən, ümumiyyətlə, vaxtımı çox düzgün idarə edirəm. Əgər boş zamanım varsa, ya idmanla məşğul oluram, ya da maarifləndirici filmlər izləyirəm. Bu yaşıma qədər hər şeyi etmişəm, müğənninin çantasını daşımışam, köməkçisi, saç ustası olmuşam, klipində də işləmişəm. Bundan sonra isə geridə qalan pillə mənə maraqlı deyil".
Ətraflı süjetdə:
Chosen
6
7
oxu.az

8Sources