EN

Rumıniya prezidenti Klaus İohannis istefa verdi

Editor.az bildirir ki, bu barədə fevralın 10-da “Hotnews.ro” məlumat yayıb.

Rumıniya lideri vəzifəsini fevralın 12-də tərk edəcək. Xəbərdə deyilir ki, o, Rumıniyanı böhrandan xilas etmək qərarına parlamentin onun vəzifəsindən kənarlaşdırılması üçün səsvermə ərəfəsində gəldiyini bildirib. İohannis istefasını elan edən çıxışında qeyd edib ki, bu planın həm ölkə daxilində, həm də təəssüf ki, beynəlxalq miqyasda nəticələri olacaq. “Rumıniyanı və vətəndaşlarını bu böhrandan, bu lazımsız və mənfi inkişafdan xilas etmək üçün mən Rumıniya prezidenti vəzifəsindən istefa verirəm”, -o deyib.

İohannisin ikinci və sonuncu səlahiyyət müddəti 2024-cü il dekabrın 21-də başa çatıb. Konstitusiya Məhkəməsi prezident seçkilərinin ləğv edilməsi və İohannisin yeni prezident seçilənə qədər vəzifəsində qalmasına icazə verilməsi barədə qərar qəbul edib. Lakin müxalifət onun istefasını tələb edib.

//Samir Qurbanov, Editor.az

Chosen
17
editor.az

1Sources