Türkiyənin Afyonkarahisar şəhərində fabrik yanğını baş verib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Afyonkarahisarda fabrikdə baş verən yanğına müdaxilə edilir.
Məlumata görə, Mütəşəkkil Sənaye Zonasında yerləşən meşə məhsulları fabrikində naməlum səbəbdən yanğın baş verib.
Yanğının söndürülməsinə meşə təsərrüfatına məxsus 26 yanğınsöndürən maşın, 4 su maşını və 4 ədəd tomo ilə müdaxilə olunur.
QAZİLER.AZ
![](https://img.qaziler.az/gallery/2025/02/172298_67aa4eca05ccc.jpg)