EN

Qvatemalada sərnişin avtobusu dərəyə aşdı – Azı 51 nəfər öldü


Qvatemalada sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsi azı 51 nəfər həlak olub.
Agentliyin məlumatına görə, avtobus San Aqustin Acasaguastlan şəhərindən ölkənin paytaxtı Qvatemala şəhərinə hərəkət edərkən yol körpüsündən çıxaraq dərəyə aşıb.
Yerli nəşrlər yazır ki, avtobusun sürücüsü idarəetməni itirib. Avtobus bir neçə avtomobilə və metal körpünün hasarına çırpılıb, daha sonra kiçik çayın axdığı dərəyə düşüb.
Chosen
6
yeniavaz.com

1Sources