EN

Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsi martın 1-dən fəaliyyətə başlayacaq – erməni mediası

Ermənistan-Türkiyə sərhədində fəaliyyət göstərəcək Marqara sərhəd-keçid məntəqəsi tezliklə fəaliyyətə başlayacaq.

Editor.az bildirir ki, bu barədə erməni mediası diplomatik dairələrdəki məlumatlı mənbə bildirib. Qeyd olunur ki, keçid məntəqəsi martın 1-dən fəaliyyətə başlayacaq. Bundan əlavə, mənbə qeyd edib ki, keçid məntəqəsi Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən qorunacaq.

Yada salaq ki, ötən ilin avqustunda Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bəyan etmişdi ki, Marqara gömrük məntəqəsi artıq tamamlanıb və onun işə salınması üçün yalnız siyasi qərar lazımdır – o, qəbul edilən kimi gömrük işçiləri işə başlayacaqlar.

//Samir Qurbanov, Editor.az

Chosen
13
editor.az

1Sources