EN

ABŞ Rusiyaya görə “Aero India” 2025 aerokosmik sərgisindən imtina edib

ABŞ “Aero India” 2025 aerokosmik sərgisində Rusiyanın beşinci nəsil Su-57 hərbi təyyarələrinin iştirak edəcəyini öyrəndikdən sonra özünün ən yeni F-35A qırıcılarının uçuş proqramlarını ləğv edib.

Bunu Rusiyanın Hindistandakı səfiri Denis Alipov deyib. “Praktika göstərir ki, rəqiblərimiz bizimlə ədalətli mübarizə aparmağa hazır deyil. “Bizim Su-57-nin Aero India-da nümayişi barədə məlumat əldə etdikdən sonra Amerika şirkətləri F-35A və F-16 uçuş proqramlarından imtina etdilər”, – diplomat vurğulayıb.

O qeyd edib ki, sağlam rəqabət digər ölkələrlə hərbi-texniki əməkdaşlığın tərkib hissəsidir. Səfirin sözlərinə görə, rəqabətin əməkdaşlığın maraqlarına xələl gətirməməsi vacibdir.
Qeyd edək ki, bu gün, fevralın 10-da Yelahanka aviabazasında “Aero India” Beynəlxalq Aviasiya Sərgisi açılır. Sərgi 1996-cı ildən keçirilir və sayca 15-ci olacaq.

//Samir Qurbanov, Editor.az

Chosen
11
editor.az

1Sources