EN

Min yaşı olan təhsil məbədi

Onun nə vaxt yaradıldığı bilinmir, amma 1096-cı ildə fəaliyyət göstərdiyi məlumdur. Bu da onu hazırda mövcud olanlar arasında Bolonya universitetindən sonra ən qədim universitet edir.

İngiltərə taxtında “Plantagenet” sülaləsinin banisi, özü fransız olan II Henri 1167-ci ildə ingilis tələbələrə o zaman daha populyar olan Paris universitetində oxumağı qadağan edəndən sonra Oksford universiteti sürətlə inkişaf etməyə başladı.

Maraqlıdır ki, tələbələrlə şəhərlilər arasında tez-tez konfliktlər, toqquşmalar olurdu. 1209-cu ildə baş verən belə insidentlərin birində tələbələrin bir hissəsi Kembric şəhərinə gedərək burada yeni universitet yaratdılar.

Oksfordda qadınlar üçün 1878-ci ildə Ledi Marqaret Holl, bir il sonra isə Sommervill kollecləri yaradılıb.

Ərazisi 28 hektar olan Oksford universiteti 39 yarımuxtar kolleclərdən, 4 PPH (Permanent private hall) və dörd bölmədə cəmlənən bir sıra akademik fakültələrdən ibarətdir. 2022-ci ildə burada 26 min 500 tələbə təhsil alırdı, onlarında dörddə biri əcnəbi idi. Akademik heyət isə 6945 nəfərdən ibarət idi. Həmin il universitetin büdcəsi 2,924 milyard funt sterlinq olub (təxminən 6,3 milyard manat).

Oksford təkcə təhsil müəssisəsi deyil, həm də elmi-tədqiqat mərkəzidir. Burada yüzlərlə kitabxana, çoxlu muzeylər və öz nəşriyyatı fəaliyyət göstərir. Tələbələrin ixtiyarında maraqlarını təmin etmək üçün 300-dən çox dərnək var. Burada idmana xüsusi diqqət ayrılır. Universitetin 160 məzunu olimpiya medalçısıdır.

Böyük Britaniyanın 30 baş naziri, bir sıra dövlət və hökumət başçıları (Bill Klinton, İndira Qandi, Benazir Bhutto və s.) Oksfordda təhsil alıblar.

73 Nobel və 6 Tyurinq mükafatçısı, 4 Filds medalçısı Oksfordda oxyublar, işləyiblər, ya da təcrübə keçiblər.

Chosen
23
vaxt.az

1Sources