EN

Latviyanın daxili işlər naziri ölkə vətəndaşlarını Rusiya və Belarusa getməməyə çağırıb

Latviyanın daxili işlər naziri Rihards Kozlovskis ölkə sakinlərini Rusiya və Belarusa səfərlərdən çəkinməyə çağırıb.

Editor.az xəbər verir ki, bu barədə LSM dövlət televiziya və radio portalı yazıb. “Şərq qonşularımızdan təhlükə yaranarsa, biz sərhədi bir neçə saata bağlaya bilərik” Rixard Kozlovskis deyib. Onun sözlərinə görə, başa düşür ki, Latviya sakinlərinin Rusiya və Belarusda qohumları və biznesləri ola bilər.

Bundan əvvəl Rusiyanın Latviyadakı müvəqqəti işlər vəkili Dmitri Kasatkin latviyalıların Rusiya Federasiyasında köçürülmə proqramlarına marağının əhəmiyyətli dərəcədə artdığını bildirib. O qeyd edib ki, son bir ildə bu məsələ ilə bağlı məsləhətləşmələr üçün 20 mindən çox müraciət qeydə alınıb.

//Samir Qurbanov, Editor.az

Chosen
9
editor.az

1Sources