EN

Trampın Ukrayna ilə bağlı planı hələ hazır deyil » AzadMedia.az


ANSA xəbər agentliyi Brüsseldəki mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna nizamlanmasına dair planı hələ hazır deyil və bu həftə nə nazirlərin Brüsseldə keçiriləcək görüşündə, nə də Münhen Təhlükəsizlik Konfransında təqdim edilməyəcək.

Agentlik xatırladıb ki, Pentaqonun yeni rəhbəri Pete Hegseth bu həftənin sonunda Brüsseldə ilk dəfə NATO müdafiə nazirlərinin görüşündə iştirak edəcək, vitse-prezident JD Vance isə Münhen Təhlükəsizlik Konfransında nümayəndə heyətinə rəhbərlik edəcək. Mənbəyə görə, ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloqun NATO-nun mənzil-qərargahına “fevralın ikinci yarısından tez gəlməyəcəyi və plan hazır olduqdan sonra görüşlər keçirəcəyi” gözlənilir.

Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen daha əvvəl demişdi ki, onun arzusu forumun Ukraynadakı münaqişənin nizamlanması planını müəyyən etməsidir.

Tramp daha əvvəl Ukraynadakı münaqişəyə son qoymaq üçün yaxın gələcəkdə razılığın əldə olunacağına ümid etdiyini bildirib. Qərb mediası belə bir fərziyyə irəli sürür ki, Ukrayna nizamlanması Putin və Tramp tərəfindən ikitərəfli qaydada əldə oluna bilər, Kiyev formal olaraq iştirak edir və Avropa bu məsələdən kənarda qalır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 7-də bildirib ki, ABŞ-dan bu məsələ ilə bağlı heç bir əsaslı təklif olmayıb, ancaq sonradan təkzib edilən müxtəlif bəyanatlar var.
Chosen
9
19
azadmedia.az

10Sources