EN

Bakıda İslam İnqilabının 46-cı ildönümü qeyd edilib » AzadMedia.az


İranın Azərbaycandakı səfirliyi bu gün ölkənin milli bayramı - İslam İnqilabının 46-cı ildönümü münasibətilə Azərbaycanın rəsmi nümayəndələrinin də iştirak etdiyi möhtəşəm ziyafət təşkil edib.
İranın Azərbaycandakı səfirliyi bu gün ölkənin milli bayramı - İslam İnqilabının 46-cı ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin himnləri səsləndirildikdən sonra təntənəli tədbiri İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağai Mariann açıb və İranın inqilabdan sonrakı 46 ildə keçdiyi yoldan danışıb. Trend-in məlumatına görə, o, qeyd edib ki, bu illər ərzində İran siyasət və iqtisadiyyat, eləcə də elm və müdafiə sahələrində böyük uğurlara nail olub.

İran Azərbaycanla əlaqələri fəal şəkildə inkişaf etdirir - ölkə hakimiyyəti Bakıda COP29-un keçirilməsini, eləcə də Azərbaycanın D8 qrupuna üzv seçilməsini dəstəkləyib, - müvəqqəti işlər vəkili qeyd edib.

Ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı inkişafını Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev səciyyələndirərək, Azərbaycan və İranın bir çox sahələrdə - iqtisadi, nəqliyyat, ticarət, investisiya, enerji, neft-qaz, kənd təsərrüfatı, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd edib.

Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirləri, eləcə də Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ziyafət böyük bayram konserti ilə başa çatıb.
Chosen
17
1
azadmedia.az

2Sources