EN

Bakının "Rus evi" və USAID qərarı müzakirələrə səbəb oldu - Bizdən nə danışırlar?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



 "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bildirilib ki, Bakı dünyanın əsas paytaxtlarından olma iddiasını reallaşdırmaq üçün sürətlə irəliləyir, Azərbaycan müxtəlif səbəblərlə bütün dünyada özündən bəhs etdirir.
Pakistanın "The Europe Today" nəşri oxucularının diqqətinə çatdırır ki, Azərbaycan Ukraynaya humanitar yardım göstərəcək. Bildirilir ki, bununla bağlı dövlət başçısı müvafiq Sərəncam imzalayaraq Azərbaycanın bu ölkəyə davam edən böhran dövründə dəstəyini bir daha təsdiqləyib.
Türkiyənin "Hürriyet Daily News" nəşri oxucularına xəbər verir ki, Azərbaycan 2026-cı ildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Sammitinə ev sahibliyi edəcək. Bildirilir ki, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Dövlət və Hökumət Başçıları Şurasının 2026-cı il Sammiti keçiriləcək.
Mənbə yazır ki, Sammit Azərbaycanın Asiya dövlətləri arasında əməkdaşlığın təşviqi və etimadın möhkəmləndirilməsi platforması olan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sədrliyi çərçivəsində baş tutacaq.
Almaniyanın "Deutsche Welle" nəşri xəbər verir ki, Kreml Bakıdakı "Rus Evi"nin bağlanmasını təsdiqləyib. Mənbə qeyd edir ki, Kreml Azərbaycanın Bakıdakı "Rus Evi"ni bağlamaq qərarından təəssüflənir və bu vəziyyəti dövlət başçıları səviyyəsində həll etməyi planlaşdırır. Bildirilir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov fevralın 7-də keçirdiyi brifinq zamanı deyib.
Qeyd olunub ki, Rusiya mədəniyyətini xaricdə təbliğ edən və xüsusən də Bakıdakı "Rus Evi"ni idarə edən "Rossotrudniçestvo" federal agentliyi Azərbaycan hakimiyyətindən fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi bildiriş alıb.
Bu qərarın əsas səbəbi "Rus Evi"nin Azərbaycan qanunvericiliyinə uyğun olaraq, hüquqi şəxs kimi qeydiyyatdan keçməməsidir.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
7
oxu.az

1Sources