EN

Cənubi Qafqaz fırtınaların tüğyan etdiyi bir dənizə bənzəyir



Qərbə üz tutmuş Gürcüstan, Rusiyaya tərəf dönərkən,Ermənistan və Azərbaycan, Rusiyanın müttəfiqi olduqları halda,indi çox sürətlə ondan uzaqlaşırlar. Əslində bunu, həyatın təzadları kimi də qəbul etmək olar. Həmçinin bu yürüdülən siyasətin nəticəsidir ki, bütün dönəmlərdə dövlətlər bu kimi siyasi manevrlər edərək, növbəti mərhələyə hazırlaşıblar.Bu da doğrudur ki tarix, hər yüz ildən bir yeni bir şəkillənməyə imkan verir.Bu gün Pribaltika ölkələri birlik və bərabərlik göstərərək, Rusiyanın elektrik enerjisi bazarından birdəfəlik ayrıldılar.

Cənubi Qafqaz -Azərbaycan, Ermənistan və Gürcüstan, geosiyasi fırtınaların tüğyan etdiyi bir dənizə bənzəyir.Regionun strateji mövqeyi,Orta Dəhliz,qlobal ticarət imkanları və digər sahələr hər üç Cənubi Qafqaz ölkəsinə imkan verir ki, geoiqtisadi maraqlarını əməkdaşlıq imkanları çərçivəsində daha da irəli aparsınlar və bu fədakarlıq regionun inkişafı, sabitliyin qorunub saxlanılması istiqamətində yalnız mühüm rol oynaya bilər və bu,Cənubi Qafqazın gələcəyini qlobal arenada strateji oyunçuya çevirə bilər.

Çingiz Şahbazi, siyasi ekspert
Chosen
22
newscenter.az

1Sources