EN

U-17 millimizdən BƏƏ ilə ikinci matçda məhsuldar heç-heçə

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışındadır.

Arena.az xəbər verir ki, millimiz Dubay şəhərində təşkil olunmuş hazırlıq çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

U-17 yığmamız yenə BƏƏ-nin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 2:2. Millimizin heyətində hər iki qolu 37 və 75-ci dəqiqələrdə Xanım Əsədova vurub.

Xatırladaq ki, bu komandalar arasında fevralın 7-də keçirilmiş ilk matçda Birləşmiş Ərəb Əmirlikləri seçməsi 2:1 hesablı qələbə qazanmışdı.

Chosen
47
3
arena.az

4Sources