EN

Məktəbin həyətində qadının başını...-BAKIDA DƏHŞƏTLİ OLAY

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində cinayət hadisəsi baş verib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, məktəbdə texniki işçi vəzifəsində çalışan qadına bir il əvvəl boşandığı keçmiş həyat yoldaşı kəsici alətlə boğazından xəsarət yetirib.

Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilib.

İlkin məlumata görə zərərçəkən qadının səhhəti orta ağırdır.


Chosen
13
azia.az

1Sources