EN

“Kiminsə qarnı ağrıyır..." - Rusiyaya işləməkdə ittiham olunanlar danışdı

Xəbər verdiyimiz kimi, Azərbaycanda rus casus şəbəkəsinin olması və bu şəbəkənin vaxtilə Moskvadan göndərilən şəxs tərəfindən idarə olunması ilə bağlı məlumat yayılıbb. Sözügedən şəbəkəyə Ramiz Mehdiyevin, Eldar Mahmudovun, Əbülfəz Qarayevin, Azad Rəhimovun, Elmar Məmmədyarovun,  Eldar Mahmudovun və digər şəxslərin daxil olduğu iddia edilib.

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov "modern.az"-a açıqlamasında  bildirib ki, onu vurmaq istəyənlər var: Kiminsə qarnı ağrıyır. Sakit dayana bilmirlər. Görürlər Elmar Məmmədyarov jurnalistlərlə əlaqə saxlayır, televiziyada çıxış edir. Fikirləşirlər ki, necə vura bilərik. Məqsədlərini Allah bilir. Yazan adamın ağlı yoxdur”.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə "manset.az"  bunları bildirib: “Axmaq-axmaq söhbətlər yayırlar. Bunların hamısı yalandır. Bunun heç bir əsası yoxdur.” 

 Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq mədəniyyət naziri Əbülfəz Qarayev "musavat.com"-a deyib: "Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir".

Chosen
12
azpolitika.info

1Sources