Son zamanlar kibercinayətkarlar yeni fırıldaqçı üsullar tətbiq etməyə başlayıblar.
Milli.Az xəbər verir ki, belə hallardan biri də toy dəvətnaməsi adı ilə baş verib.
Bakı sakininə onlayn dəvətnamə atıblar ki, sizi toya çağırırıq. Dəvətnamədə bəyin gəlinin adı olsa da dəvətnaməni yazanın adını öyrənmək üçün linkə keçid eləmək lazımdır. Məsələdən xəbərdar olan şəxs həmin nömrəni bloka ataraq qurban olmaqdan son anda xilas olub.
Bu cür mesajlara ehtiyatla yanaşmaq və tanımadığınız şəxslərdən gələn linklərə daxil olmamaq vacibdir. Kibercinayətkarlar bəzən belə dəvətnamə və ya təbrik mesajları ilə insanları tələyə salır və şəxsi məlumatları oğurlamağa çalışırlar.
Mütəxəssislər bu cür hallarda dərhal əlaqə saxlamağa və mesajları diqqətlə yoxlamağa çağırırlar. Şübhəli bir vəziyyətlə qarşılaşdıqda heç bir linkə daxil olmamaq və nəzarət edilməyən nömrələri bloklamaq tövsiyə olunur.