EN

60 ölçülü ayaqqabı geyinən ADAM

Mardində yaşayan və 2 metr 51 santimetr boyu ilə "dünyanın ən uzun adamı" ünvanına sahib olan Sultan Kösen Almaniya istehsalı olan xüsusi ayaqqabıları ilə yenidən bütün diqqətləri öz üzərinə çəkib.

News24.az bildirir ki, Ginnesin Rekordlar Kitabına düşən Kösen bu günə kimi 500-dən çox ölkəni gəzib.

Almaniyada yerləşən bir şirkət tərəfindən hər il Kösənə ayaqqabılar gətirilir. Bu il boyu 37,5 santimetr olan 60 ölçülü, bir cüt yay, bir cüt qış üçün ayaqqabı alan Kösen dünyanı addım-addım səyahətinə davam etmək istəyir.

Sultan Kösen AA-ya açıqlamasında dünyanın ən uzun insanı olmaqdan və dünyanın ən böyük əl və ayaqlarına sahib olduğu üçün xoşbəxt olduğunu bildirib.

Zəhraxanım Şeydayeva

Chosen
20
news24.az

1Sources