EN

İrem Dericinin yeni sevgilisi ondan 12 yaş balaca imiş

İrem Dericinin yeni sevgilisi ondan 12 yaş balaca imiş

Müğənni İrem Derici mahnıları və şəxsi həyatı ilə hələ də müzakirə olunmağa davam edir.

Qlobal.net bildirir ki, əvvəllər həyatında biri olduğunu açıqlayan İrem Derici eşqini sosial mediada elan etmişdi. O, sevgilisi Melih Kunukcu ilə olan şəkillərini ard-arda sosial media hesabında paylaşmışdı.

Sevgilisi olduğunu deyən İrem Derici “Həyatımda biri var. Həssas bir dövrdən keçirəm. Sevmək və sevilmək möhtəşəm şeylərdir. Çox sevilməyimi aradım, istədim, amma tapa bilmədim. Hazırda bir sevgilim var. Növbəti dəfə gələndə bu mövzunu gözəlcə danışaq. Evli olmağım erkən verilmiş bir qərar idi. Evliliklə başa çıxa bilmədim. Heç bir şey üçün peşman deyiləm” sözlərini demişdi.
İrem Derici’nin bu paylaşımının ardından sevgilisinin 37 yaşında olduğu iddia edilmişdi. “Gel Konuşalım” proqramına qatılan İrem Derici sevgilisinin əsl yaşını açıqladı. Məşhur müğənni sevgilisi Melih Kunukcunun 25 yaşında olduğunu açıqladı. 37 yaşında olan İrem Derici ilə sevgilisi arasındakı yaş fərqi 12-dir.
İrem Derici və Melih Kunukcunmenecer Özgür Arasın ad gününə gəlinlik və bəyliklə qatılmışdılar. Gecədə sevgilisi və dostları ilə əyləndiyi anları izləyiciləri ilə paylaşan müğənninin şəkilləri böyük maraq gördü.
Səbinə
Qlobal.net
Chosen
23
qlobal.net

1Sources