Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz odlu silah-sursat saxlayan keçmiş məhkum -  34 yaşlı Çingiz Qədirov saxlanılıb.
Â
Senzor.az bildirir ki, onun yaşadığı ünvanda bir ədəd "Kalaşnikov" avtomatı, daraq və patronlar aşkar olunub. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə özündə saxladığını bildirib.
Â
Faktla bağlı cinayət işi başlanılıb, Ç.Qədirov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.