EN

Təhlükəli qida zəhərlənməsinə qarşı çarə tapıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-nin Florida Universitetinin alimləri ən təhlükəli qida infeksiyalarından biri olan salmonellyoza qarşı peyvəndin hazırlanmasında böyük nailiyyət əldə ediblər.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı tədqiqatın nəticələri "Infection and Immunity" (IAI) elmi jurnalında dərc edilib.
Salmonellyoz çox vaxt yoluxmuş qida, su və ya yoluxmuş heyvanlarla təmas vasitəsilə ötürülür. İnfeksiya xüsusilə beş yaşadək uşaqlar, yaşlı insanlar və immuniteti zəif olan şəxslər üçün təhlükəlidir. Bakteriyanın antibiotiklərə davamlı ştamları problemi daha da ağırlaşdırır.
Komanda peyvəndin kiçik hüceyrəxarici vezikulların (Extracellular vesicles - EV) köməyi ilə çatdırılması metodundan istifadə edib. Bu kiçik hissəciklər hüceyrələr tərəfindən istehsal olunur və canlı bakteriyaların yeridilməsi olmadan immun cavabı stimullaşdıraraq bakterial zülalları daşıyır.
Peyvənd siçanlar üzərində sınaqdan keçirilib və burun vasitəsilə yeridilib. Təcrübələr göstərib ki, heyvanlarda qeyri-tifoid salmonella ştammlarından qorunmanı təmin edən anticisimlər yaranıb.
"Bu tədqiqat EV-nin peyvəndlərin çatdırılmasının təhlükəsiz və effektiv üsulu kimi potensialını vurğulayır", - deyə tədqiqatın aparıcı müəllifi Mariola Ferraro qeyd edib.
Alimlərin növbəti addımları EV-nin immun sistemində rolunun və onların ənənəvi peyvənd metodları ilə müqayisədə üstünlüklərinin öyrənilməsidir.
Chosen
24
2
oxu.az

3Sources