“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 2024/25 mövsümündə sabitlik və çoxlu qol vurması ilə seçilməyən Cek Qrilişin çıxışını şərh edib.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə millisinin üzvü haqda bu sözləri deyib:
“Cekin küçə anlayışı var. O, küçə futbolçusudur. Məşqçilərin tələbləri ucbatından indi futbolçular daha akademik olurlar. Qrealiş stadionda döyüşməyə öyrəşənlərdəndir. O, döyüşçüdür”.