1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İtaliyada "Ryanair" daşıyıcı aviaşirkətinə məxsus olan "Boeing 737" təyyarəsi Romadan havaya qalxmağa hazırlaşdığı zaman göyərtəsinə pişik daxil olub və gizlənib.
Nəticədə pişik iki gün ərzində təyyarə reysinin işini iflic edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Sun" nəşri məlumat verib.
Məlumata görə, sərnişinlərin təyyarəyə minməyə başlamasından bir qədər əvvəl ekipaj üzvləri salonda pişik miyoldaması eşidiblər. Yoxlama zamanı pişik elektron sistemlərin yerləşdiyi hissədə aşkarlanıb. Komanda üzvləri onu tutmağa çalışsalar da, dərhal kabellərin arasında gözdən itib. Mühəndislər hətta bir neçə paneli də çıxarıblar, lakin bu da pişiyi tapmağa kömək etməyib.
Nəticədə ekipaj təyyarənin qapısını açıq qoymağa qərar verib. İki gün keçdikdən sonra pişik nəhayət ki, göyərtəni tərk edib və təyyarə planlaşdırılan uçuşunu gecikmiş də olsa, həyata keçirə bilib.