Türkiyədə Sosial Müdafiə Təşkilatı (SGK) saxta əməklə təqaüdə çıxan milyonlarla insanın pensiyasını dayandırmağı planlaşdırıb.
News24.az bildirir ki, SGK qeyri-qanuni yollarla pensiya təyin olunan şəxslərin müəyyən edilməsi üçün tədbir görüb.
Saxta şirkətlər vasitəsilə və ya işsizləri “işləyir” göstərərək pensiyaya çıxanların maaşları ləğv ediləcək və bu günə qədər edilən ödənişlər faizlə geri tələb olunacaq.
Zəhraxanım Şeydayeva