EN

Vətəndaşların FƏRYADI

Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı 2025-ci ilin yanvar ayı inflyasiya məlumatlarına görə, illik inflyasiya 42,12% olaraq qeydə alınıb.

News24.az bildirir ki, bu xəbər vətəndaşların ciddi etirazına səbəb olub. 

Cümhuriyyət TV-nin mikrofonu uzadılan vətəndaşlar, onların əsas ehtiyaclarını ödəmək mümkün olmadığını bildiriblər.

Supermarketlərdə hər həftə dəyişən qiymət etiketləri camaatın böyük narahatlığına gətirib çıxarıb. Xüsusilə, kirayə haqqının çatdığı səviyyələr ev təsərrüfatlarının büdcələrini böyük ölçüdə sarsıtmaqdadır. 

Görünən odur ki, təqaüdçülərin də böyük maddi sıxıntıları var. Bir təqaüdçü qiymət artımlarının bazar qiymətlərindən çox aşağı olduğunu bildirərək, "Bizə 16% artım verdilər, amma hər şey 50% artdı. Biz buna layiqikmi?" deyərək öz etirazını bildirib.

Zəhraxanım Şeydayeva

 

Chosen
5
news24.az

1Sources