Aktrisa Üzel Kərimovanın başına iş gəlib.
OLAY yazır ki, buna səbəb Üzelin instaqram səhifəsində izləyicilərdən gələn sualları cavablaması olub.
Belə ki, onlardan birinin “Sevgiliniz var?” sualına cavab olaraq Kərimovanın barmağında üzüklə çəkilən fotosunu paylaşması tezliklə aktrisanın ailə qurması ilə anlaşılıb.
Üzel məsələ ilə bağlı videoaçıqlama yayaraq “Dünəndən yalnış anlaşılmaya səbəb olmuşam və təcili bunu düzəltməliyəm. Dünəndən bəri təbrik mesajları alıram. Deyəsən kiçik yox çox böyük anlaşılmaya səbəb olmuşam” deyərək haqqında yayılan xəbərlərin yalnış olduğunu bildirib.