EN

Qazaxıstan Xəzər dənizi ilə bağlı tədbirlər hazırlayır

Xəzər dənizinin və Ural çayının səviyyəsinin azalmasının infrastruktur və hasilat müəssisələrinə təsirini minimuma endirmək üçün Qazaxıstanda elmi institutlar və beynəlxalq ekspertlərlə birgə tədbirlər hazırlanır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə hökumət nümayəndələrinin iştirakı ilə keçirilmiş Qazaxıstan Xarici İnvestorlar Şurasının üzvlərinin ümumi iclasında məlumat verilib.

Qeyd olunub ki, su ehtiyatlarının qorunmasını təmin edəcək effektiv həllərin tətbiq edilməsinə yönəlmiş adaptasiya strategiyası üzərində işlər gedir.

Chosen
7
2
xezerxeber.az

3Sources