EN

ABŞ dövlət katibi Misirin xarici işlər naziri ilə Qəzza müzakirə edib

ABŞ dövlət katibi Marko Rubio və Misirin xarici işlər naziri Bədr Abdel Atti bazar ertəsi Vaşinqtonda keçirilən görüşdə Qəzza zolağında idarəetmə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlamasında bildirib.

Məlumata görə, Rubio Qəzzada münaqişədən sonrakı idarəçilik və təhlükəsizlik planlarının həyata keçirilməsi üçün sıx əməkdaşlığın vacibliyini bir daha qeyd edib.
Dövlət katibi həmçinin vurğulayıb ki, Fələstinin radikal HƏMAS hərəkatı bir daha heç vaxt Qəzzanı idarə edə bilməyəcək və İsraili təhdid edə bilməyəcək.

İki ölkənin xarici işlər nazirləri həmçinin Suriyadakı inkişaflar, o cümlədən inklüziv idarəetmə ehtiyacı və ölkənin terrorçular üçün tramplin kimi istifadə edilməsinin və ya qonşularını təhdid etməsinin qarşısının alınması barədə danışıblar.
Rubio və Abdel Ati həmçinin sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün ikitərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqləyiblər.///tass

Chosen
17
7
ucnoqta.az

8Sources