EN

Təyyarə bələdçisi sərnişini döydü - VİDEO

Təyyarədə qarşısındakı oturacaq əyləşən qızın saçını yolan qeyri-adekvat sərnişin bələdçi tərəfindən döyülüb. 

Söz.az "Shot"-a istinadən xəbər verir ki, hadisə Kaliforniyanın Oklend şəhərində "Alyaska Hava Yolları"na məxsus təyyarədə baş verib. 

Məlumata görə, sərnişinlərdən biri əvvəlcə oturduğu yerdən qəribə sözlər qışqırıb, daha sonra qarşısında oturan qızın saçından tutub.

Sərnişinin köməyinə gələn bələdçi əvvəlcə onun saçını aqressiv şəxsin əlindən almağa çalışıb, sonra isə qeyri-adekvat sərnişinin əllərinə və üzünə vurmağa başlayıb. 

İnsidentdən sonra sərnişin saxlanılıb, uçuş isə ümumiyyətlə ləğv edilib. Aviaşirkət həmin şəxsi qara siyahıya salıb.


Chosen
3
soz.az

1Sources