EN

Öz dəyərimi bilirəm: “Barsa”nın ulduzundan ərəblərin marağına REAKSİYA

“Barselona”nın cinah futbolçusu Rafinya ərəb klublarının onunla maraqlanması xəbərlərinə münasibət bildirib.

Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, “L’Équipé” braziliyalının sözlərini sitat gətirib.

“Mən həmişə “Barselona”ya diqqət yetirmişəm” İnsanların kluba olan inamını hiss etdim. Mən öz dəyərimi bilirəm və hər gün “Barselona”ya nə verə biləcəyimi bilirəm”, – Rafinya deyib.

Xatırladaq ki, bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 35 matçda iştirak edib, 24 qol vurub və 15 məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Chosen
11
olke.az

1Sources