EN

İsrail Ordusu HƏMAS-ın razılaşmanı pozmasından sonra yüksək hazırlıq vəziyyətinə gətirilib

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı Qəzza razılaşmasını pozmaqda ittiham edib...

"Report" xəbər verir ki, onun bəyanatını "Ynet" portalı yayımlayıb.

Nazir hərəkatın girovların azad edilməsi prosesinin dayandırılması barədə bəyanatını razılaşmanın pozulması kimi qiymətləndirib.

"HƏMAS-ın bəyanatı atəşkəs razılaşmasının tam pozulmasıdır. Mən İsrail Ordusuna Qəzzada mümkün olan istənilən ssenariyə hazır olmağı və yüksək hazırlıq vəziyyətinə keçməyi tapşırdım", - Katz bildirib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.

Poliqon.info

Chosen
2
3
poliqon.info

4Sources