EN

Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırıb

Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya 2 milyard dollar ayırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Mən indicə AİB-nin rəhbəri ilə görüşdüm. Söhbət dəstəkdən gedir - Ukrayna üçün daha 2 milyard dollar. Bunlar enerji sektorumuza, mənzil proqramlarımıza və infrastruktur layihələrimizə ayrılan vəsaitdir. Mən köməyə görə minnətdaram!", - deyə Zelenski qeyd edib.

Daha əvvəl ölkənin Baş naziri Denis Şmıxal AİB-nin Ukraynada sosial layihələri 116,5 milyon avroya ayıracağını açıqlamışdı.

Chosen
33
8
xezerxeber.az

10Sources