40 yaşlı Şahzadə Harri və 43 yaşlı Meqan Markl döyüş meydanında yaralanmış və ya əlil olmuş hərbçilər üçün keçirilən beynəlxalq yarışda iştirak etmək üçün Kanadaya gəliblər. Cütlük əlil insanlara qarşı qeyri-adekvat rəftarlarına görə tənqid olunublar.
OLAY yazır ki, buna səbəb Meqanın instaqram səhifəsində əri ilə qolf arabasında şahzadənin adını tərənnüm edən veteranları alqışlayanların yanından keçən bir video paylaşması olub.
Həm cəmiyyət üzvləri, həm də sosial şəbəkə əhli ikilinin bu hərəkətindən qəzəbləniblər və onlar kral cütlüyünü “çarəsiz” adlandırdılar.
İzləyicilər hesab edir ki, diqqəti özlərinə cəlb etməyə çalışan Harri və Meqan aralarında əlil arabasında çoxlu adam olanları salamlamaq üçün ən uyğun olmayan yolu seçib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Meqan Marklı “dəhşətli” adlandırıb və Şahzadə Harrini Amerikadan deportasiya etməyəcəyini, çünki “arvadıyla kifayət qədər problemləri var” deyib.